İran Prezidenti: Yanlışlığa yol verən hərbçilər cinayət məsuliyyətinə cəlb ediləcəklər

İran Prezidenti: Yanlışlığa yol verən hərbçilər cinayət məsuliyyətinə cəlb ediləcəklər

11 Yanvar 2020 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Yanlışlığa yol verən hərbçilər cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Oxumeni.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani “Twitter” hesabında yazıb. Prezident bildirib ki, bu kədərli hadisəyə görə İran dərin təəssüf hissi keçirir.

H.Ruhani ölənlərin yaxınlarına və ailə üzvlərinə başsağlığı verib.

Xatırladaq ki, faciəli hadisəyə İranın Xarici İşlər naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi də münasibət bildiriblər. Onlar da Ukrayna xalqından və dövlətindən üzr istəyib, günahkarların cəzalandırılacağını nəzərə çatdırıblar.

Qeyd edək ki, yanvarın 8-də Ukraynaya məxsus “Boing” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu gün isə İran bəyanat verərək təyyarənin yanlışlıqla vurulduğunu etiraf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az