ABŞ Çinlə ticarət sazişini yanvarın ortalarında imzalaya bilər

ABŞ Çinlə ticarət sazişini yanvarın ortalarında imzalaya bilər

10 Yanvar 2020 12:35
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp yanvarın 15-nə qədər, yaxud bir qədər gec Çinlə ticarət sövdələşməsinin ilk fazası barədə sazişə imza ata biləcəyini deyib.

Oxumeni.az xəbər verir ki, bu barədə Donald Tramp ABC telekanalının Ohayo ştatındakı filialının jurnalistlərinə verdiyi müsahibədə bildirib. ABŞ Prezidenti 2019-cu il dekabrın 31-də Çinlə sövdələşmənin ilk fazası barədə sazişə yanvarın ortalarınadək Ağ evdə imza atacağını qeyd etmişdi. Saziş müddətsizdir.

ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzerin sözlərinə görə, Çin məhsullarına aşağı salınmış Amerika rüsumları sənədin imzalanmasından 30 gün sonra qüvvəyə minəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az