Mövlud Çavuşoğlu: Türkiyə İraqın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir

Mövlud Çavuşoğlu: Türkiyə İraqın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir

10 Yanvar 09:44
1 119
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yanvarın 9-da İraqa səfər edib.

Oxumeni.az xəbər verir ki, səfər çərçivəsində türkiyəli nazir İraq Prezidenti Barham Saleh, Baş Nazir vəzifəsini icra edən Ədil Əbdül Mehdi və Xarici İşlər naziri Məhəmməd Əl-Hakim ilə görüşüb.

İkitərəfli müzakirələrdən sonra nazirlər Mövlud Çavuşoğlunun və Məhəmməd Əl-Hakimin rəhbərliyi ilə nümayəndə heyətlərinin geniştərkibli görüşü keçirilib.

Sonra təşkil olunan birgə mətbuat konfransında nazirlər səfərin yekunları ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

İraqlı nazir diqqətə çatdırıb ki, görüşlərdə son günlər daha da gərginləşən ABŞ-İran münasibətlərinin normal məcraya yönəldilməsi yolları, o cümlədən Türkiyə-İraq əlaqələrinə dair məsələlər, həmçinin iqtisadi və mədəni əməkdaşlıq, regional problemlər, terrorçuluqla mübarizə üsulları müzakirə olunub.

Türkiyənin İraqla bağlı siyasətinin istiqamətlərini bəyan edən Mövlud Çavuşoğlu bildirib ki, rəsmi Ankara İraqın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir və bu ölkənin ərazisinin xarici qüvvələrinin münaqişə bölgəsinə çevrilməsini yolverilməz hesab edir. Diqqətə çatdırılıb ki, PKK terror təşkilatının İraq ərazisini özünə düşərgə hesab etməsi qəbulolunmazdır.

Tərəflər bölgədə sülhün və inkişafın tərəfdarı olduqlarını bəyan ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az