Bəşər Əsəd Kofi Annanın sülh planını qəbul etdi

Bəşər Əsəd Kofi Annanın sülh planını qəbul etdi

28 Mart 2012 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) xüsusi elçisi Kofi Annan rəsmi Dəməşqdən məktub alıb. Məktubda Suriya hökumətinin təqdim olunmuş anti-böhran planını qəbul etdiyi bildirilir. Plan üzrə Suriyada atəşkəs rejimi tətbiq olunmalı, humanitar dəhliz açılmalı və müxalifətlə iqtidar arasında dialoq başlanmalıdır.

ABŞ-ın Suriyadakı səfiri Robert Ford məktubun səmimiliyinə inanmır. O, Bəşər Əsədin sözləri ilə əməli arasında kəskin fərqin olduğunu bildirir. Digər tərəfdən, rəsmi ordu hissələri ilə yanaşı müxalifət qoşunları da insan hüquqlarını pozmaqda davam edir. Belə ki, Suriyada vətəndaş müharibəsi zamanı 9 mindən artıq insan həlak olub.

O.M.