ABŞ-ın İranla hərbi qarşıdurmasına mane olmaq məqsədilə qətnamə layihəsi hazırlanıb

ABŞ-ın İranla hərbi qarşıdurmasına mane olmaq məqsədilə qətnamə layihəsi hazırlanıb

9 Yanvar 2020 14:54
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Konqresin üzvlərinin Tramp administrasiyasının İrana qarşı mümkün hərbi planlarından narahat olduğunu bəyan edib.

Oxumeni.az xəbər verir ki, Nensi Pelosi demokratların ABŞ-ın İranla mümkün hərbi qarşıdurmasına mane olmaq məqsədilə qətnamə layihəsi hazırladıqlarını bildirib. O deyib ki, qətnaməyə əsasən, Konqresin razılığı olmadan baş verəcək istənilən hərbi qarşıdurma 30 gün müddətində dayandırılmalıdır.

Qeyd edək ki, respublikaçıları təmsil edən deputatların bəziləri də bu məsələdə demokrat həmkarları ilə həmrəy olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az