“ABŞ sülhə hazırdır” - Tramp İrana çağırış etdi + Video

“ABŞ sülhə hazırdır” - Tramp İrana çağırış etdi + Video

9 Yanvar 2020 10:48
Bəyəndim (2) Bəyənmədim (0)

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, Vaşinqtonla Tehran arasında müharibə olmayacaq: Ağ Ev rəhbəri bildirib ki, İranın İraqdakı hərbi bazalara raket zərbələri zamanı ABŞ qoşunlarının yerləşdiyi yerdə amerikalılardan heç biri xəsarət almayıb.

Tramp bildirib ki, amerika iqtisadiyyatının artması və onun prezidentliyi dövründə əldə edilmiş digər nailiyyətlər Yaxın Şərqdə yeni "əlverişli imkanlar" yaradıb.

"Biz indi dünyanın ilk neft və təbii qaz istehsalçılarıyıq. Biz müstəqilik, bizə Yaxın Şərq nefti lazım deyil", - deyə Amerika prezidenti bildirib.

Tramp İranın hücumuna cavab olaraq, İslam Respublikasına qarşı əlavə sərt iqtisadi sanksiyaların tətbiq olunduğunu bəyan edib. O, həmçinin İranın nüvə proqramı ilə bağlı yeni müqavilə imzalamağa çağırıb:

"Biz elə bir sövdələşmə bağlamalıyıq ki, İran çiçəklənsin və istifadə edilməmiş böyük potensialından istifadə etsin. İran böyük ölkə ola bilər. İran zorakılığı, nifrəti və müharibələri qızışdırmağa davam edərkən, sülh və sabitlik Yaxın Şərqdə bərqərar ola bilməz" deyə Tramp bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)