Ötən il Rusiya ilə Türkiyənin ticarət dövriyyəsi artıb

Ötən il Rusiya ilə Türkiyənin ticarət dövriyyəsi artıb

8 Yanvar 2020 14:14
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya ilə Türkiyə arasında əmtəə dövriyyəsi keçən il 2,5 faiz artaraq 21,7 milyard dollara çatıb.

Oxumeni.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin İstanbula səfəri ərəfəsində Kremlin hazırladığı materialda deyilir. Bildirilir ki, Türkiyədən Rusiyaya məhsul ixracının dəyəri də 15,4 faiz artaraq 3,46 milyard dollar təşkil edib.

Rusiyadan Türkiyəyə əsasən, mineral yanacaq, metallar və metal məmulatları, Türkiyədən bu ölkəyə isə nəqliyyat vasitələri, avadanlıq, ərzaq məhsulları, tekstil və sair məhsullar ixrac olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az