Böyük Britaniya Avropa İttifaqı ilə ticarət sövdələşməsi müddətini uzatmayacaq

Böyük Britaniya Avropa İttifaqı ilə ticarət sövdələşməsi müddətini uzatmayacaq

8 Yanvar 2020 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya Avropa İttifaqı ilə ticarət sövdələşməsi müddətini uzatmayacaq.

Baş Nazir Boris Conson Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenlə keçirəcəyi görüş zamanı müddətin uzadılmasına qarşı olacağını söyləyib. Conson mövcud qaydalara əsaslanan yeni əlaqə yaradılmasının tərəfdarıdır.

Baş Nazir dünyanın beşinci ən böyük iqtisadiyyatı ilə ən böyük ticarət tərəfdaşı arasında şərtləri müəyyənləşdirmək üçün 11 aylıq keçid dövrünün bəs edəcəyini bildirib.

Keçiriləcək görüşdə Britaniyanın Brexit naziri Stefan Berkli və Aİ-nın Brexit danışıqları üzrə müşaviri Mişel Barniyer də iştirak edəcəklər.

Böyük Britaniya Avropa İttifaqını yanvarın 31-də tərk etməli olsa da, ticarət əlaqələri 2020-ci ilin sonuna kimi davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az