İran XİN: İranın özünü müdafiə etmək hüququ var

İran XİN: İranın özünü müdafiə etmək hüququ var

8 Yanvar 2020 09:30
Bəyəndim (1) Bəyənmədim (0)

Amerikanın İraqdakı hərbi bazalarına ona görə raket zərbələri endirilib ki, bir daha İranın yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd baş verməsin.

Oxumeni.az xəbər verir ki, bu bəyanat ilə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif çıxış edib. Nazir bildirib ki, BMT Nizamnaməsinin 51-ci bəndinə əsasən İranın özünü müdafiə etmək hüququ var. ABŞ-ın İraqdakı hərbi bazalarının raketlərlə vurulması müdafiə xarakteri daşıyır.

M.C.Zərif qeyd edib ki, İran yeni müharibənin alovlanmasını istəmir. Lakin rəsmi Tehran özünü müdafiə etməkdən də çəkinmir və çəkinməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az