Böyük Britaniya parlamentində Brexit müqaviləsi üç gün müzakirə olunacaq

Böyük Britaniya parlamentində Brexit müqaviləsi üç gün müzakirə olunacaq

7 Yanvar 2020 19:46
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya parlamentində deputatlar Baş Nazir tərəfindən təqdim olunan Brexit müqaviləsini üç gün müddətində müzakirə edəcəklər. Müzakirələrdən sonra müqavilə Lordlar Palatasına təqdim olunacaq.

Brexit sövdələşməsinin həyata keçirilməsi üçün lazım olan qanunvericiliyin təhlilindən sonra müzakirələr yenidən davam etdiriləcək.

Müqavilə Avropa İttifaqına ödəmələri, vətəndaşların hüquqlarını və Şimali İrlandiya üçün gömrük tənzimləmələrini əhatə edir.

Xatırladaq ki, Böyük Britaniya yanvarın 31-dək Avropa İttifaqını tərk etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az