İranın heç vaxt nüvə silahı olmayacaq

İranın heç vaxt nüvə silahı olmayacaq

6 Yanvar 2020 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Oxumeni.az xəbər verir ki, bunu öz “Twitter” hesabında ABŞ Prezidenti Donald Tramp yazıb.

Donald J. Trump@realDonaldTrump

IRAN WILL NEVER HAVE A NUCLEAR WEAPON!

Yaxın Şərqdə vəziyyət İranın Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri, general Qasım Süleymaninin ABŞ-ın zərbəsi nəticəsində İraqın paytaxtı Bağdadda öldürülməsindən sonra pisləşib. İran ABŞ-a cavab verəcəyini, Birləşmiş Ştatlar isə qarşı tərəfi müharibə ilə hədələyib.

Qeyd edək ki, bundan əlavə, İran bəyanat yayaraq nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 5-ci (sonuncu) addımı atdığını və nüvə proqramının icrası ilə bağlı bundan sonra heç bir məhdudiyyət tətbiq etməyəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az