Donald Tramp Bağdada qarşı sanksiyalar tətbiq ediləcəyi ilə hədələyib

Donald Tramp Bağdada qarşı sanksiyalar tətbiq ediləcəyi ilə hədələyib

6 Yanvar 2020 13:03
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp İraqı hədələyib. O bildirib ki, əgər İraq rəhbərliyi ABŞ-ın bu ölkədə yerləşdirilmiş qoşunlarını oradan çıxarmağa cəhd edərsə, onda Bağdada qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

Oxumeni.az xəbər verir ki, Bağdada aeroportu yaxınlığında maşınların konvoyuna Pentaqon tərəfindən aviazərbələr endirilməsi nəticəsində iranlı general Qasım Süleymani öldürüləndən sonra İraq parlamenti Vaşinqtondan öz qoşunlarını bu ölkədən çıxarılmasını tələb edib.

Tramp bazar günü səsləndirdiyi bəyanatında bildirib ki, əgər ABŞ İraqda amerikalılar tərəfindən yaradılmış hədsiz bahalı aviabazaya görə bu ölkədən təzminat almasa, Amerika qoşunları oradan çıxarılmayacaq.

Tramp Florida ştatında özünə məxsus Mar-a-Laqo kurortunda istirahətdən sonra Prezident təyyarəsində Vaşinqtona qayıdarkən jurnalistlərə deyib: “Biz İraqda çox pul xərcləmişik. Orada bizim çox bahalı aviabazamız var. Onun tikintisi bir neçə milyard dollara başa gəlib... Əgər onlar bunun əvəzini ödəməsələr biz oradan getməyəcəyik. Biz onlara qarşı indiyə qədər görmədikləri sanksiyalar tətbiq edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az