Boris Conson Avropa Komissiyasının yeni sədri ilə görüşəcək

Boris Conson Avropa Komissiyasının yeni sədri ilə görüşəcək

5 Yanvar 2020 14:17
Bəyəndim (1) Bəyənmədim (0)

Böyük Britaniyanın Baş Naziri Boris Conson, Londonda Avropa Komissiyasının yeni sədri Ursula fon der Leyen ilə görüşəcək.

Oxumeni.az xəbər verir ki, görüşün keçirilməsində məqsəd Britaniyanın rəsmi olaraq bloku tərk etməsindən sonra başlayacaq ticarət danışıqlarının müzakirə edilməsidir.

Danışıqların Londondan sonra Brüsseldə də davam edəcəyi nəzərdə tutulur.

Dekabr ayından Jan Klod Yunkeri əvəz edən Von der Leyen, həmçinin London İqtisadiyyat Məktəbində “Köhnə dostlar, yeni başlanğıclar: Avropa İttifaqı -İngiltərə tərəfdaşlığı üçün başqa bir gələcəyin qurulması” mövzusunda mühazirə ilə çıxış edəcək.

Qeyd edək ki, bu Ursula fon der Leyen və Boris Conson arasında baş tutacaq ilk görüş olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az