Xorvatiyada prezident seçkilərinin ikinci turu başlayıb

Xorvatiyada prezident seçkilərinin ikinci turu başlayıb

5 Yanvar 2020 12:38
Bəyəndim (1) Bəyənmədim (0)

Yanvarın 5-də Xorvatiyada prezident seçkilərinin ikinci turu keçirilir.

Oxumeni.az TASS agentliyinə istinadla xəbər verir ki, ikinci turda hazırkı prezident Kolinda Qrabar-Kitaroviç və Sosial-Demokrat Partiyasının lideri Zoran Milanoviç mübarizə aparırlar.

Ölkədəki 6500-dən çox seçki məntəqəsi yerli vaxtla saat 7:00-da qapılarını seçicilər üçün açıb. Səsvermə yerli vaxtla saat 19:00-dək davam edəcək.

Xorvatiya Dövlət Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 3,85 milyondan çox seçici qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az