Donald Trump bildirib ki, Tehran hücum edəcəyi halda ABŞ İranın 52 obyektini vuracaq

Donald Trump bildirib ki, Tehran hücum edəcəyi halda ABŞ İranın 52 obyektini vuracaq

5 Yanvar 2020 10:31
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp amerikalılara və ya ABŞ obyektlərinə qarşı hücum olunacağı təqdirdə İrana aid 52 hədəfi vuracaqlarını bildirib.

Oxumeni.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp Tvitterdə yazıb. O artıq həmin obyektlərin təsbit edildiyini bildirib:

"İran bəzi Amerika obyektlərini hədəf alacağı ilə bağlı olduqca cəsarətli bəyanatlar səsləndirir. Qoy bu, xəbərdarlıq olsun. Vətəndaşlarımıza qarşı hər hansı bir hücum olacağı təqdirdə (illər əvvəl İran tərəfindən saxlanılan 52 nəfər amerikalını təmsilən) 52 nöqtəni vurmaq üçün hədəfə almışıq. Onlardan bəziləri İran və mədəniyyəti baxımından çox əhəmiyyətlidir. Bu hədəflər və İran çox sürətli və sərt şəkildə vurulacaq. ABŞ bundan başqa təhdid istəmir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az