“Bu hadisə bölgədəki vəziyyəti daha da ağırlaşdıracaq”

“Bu hadisə bölgədəki vəziyyəti daha da ağırlaşdıracaq”

4 Yanvar 2020 16:20
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiya və Fransa Prezidentləri arasında növbəti telefon danışığı olub.

Oxumeni.az xəbər verir ki, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putinlə Emmanuel Makron iranlı general Qasım Süleymaninin İraqda qətlə yetirilməsini, Kiyev və Donbass arasında əsir mübadiləsini, Suriyadakı vəziyyət və digər məsələləri müzakirə ediblər.

Hər iki ölkənin lideri İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin bu gün ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülməsindən narahatlığını ifadə edib.

“Bu hadisənin bölgədəki vəziyyəti ciddi şəkildə ağırlaşdıra biləcəyi ifadə edildi”, - deyə Kremlin mətbuat xidmətindən bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az