Tramp Süleymanidən yazdı - “Hələ illər öncə məhv edilməli idi!”

Tramp Süleymanidən yazdı - “Hələ illər öncə məhv edilməli idi!”

4 Yanvar 2020 11:04
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.

Oxumeni.az xəbər verir ki, Amerika lideri öz tvitter mikrobloqunda ABŞ bayrağının fotosunu paylaşaraq “İran heç vaxt müharibədə qazanmayıb, amma müzakirələrdə də heç vaxt uduzmayıb” şərhini yazıb.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani bu gün ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.

***

D. Tramp general Süleymaninin öldürülməsi ilə bağlı daha bir paylaşım edib: “General Qasım Süleymani uzun illər ərzində minlərlə amerikalını öldürüb və ya ağır formada yaralayıb. O, hələ daha çoxunun ölümünü də planlaşdırırdı, lakin yaxalandı... O, milyonlarla insanın ölümündə birbaşa və ya dolayısı ilə məsuliyyət daşıyır.

Hər nə qədər İran bunun doğruluğunu qəbul etməsə də, ölkə daxilində Süleymaniyə qarşı həm nifrət, həm də qorxu var idi. Onlar liderlərinin dünyaya çatdırmaq istədikləri qədər qəmgin deyillər. O, hələ uzun illər əvvəl məhv edilməli idi!”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)