İranın Azərbaycandakı səfirliyində bayraq endirilib

İranın Azərbaycandakı səfirliyində bayraq endirilib

3 Yanvar 2020 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.

Bu barədə Oxumeni.az-a İranın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qasım Süleymaninin ölümü ilə əlaqədar səfirlikdə bayraq yarıya qədər endirilib.

Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

İranın Ali lideri ayətullah Seyid Əli Xameneyi general Qasım Süleymaninin ölümünə görə ölkədə 3 gün matəm elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az