Donald Tramp dördüncü kvartalda seçicilərdən 46 milyon dollar ianə toplayıb

Donald Tramp dördüncü kvartalda seçicilərdən 46 milyon dollar ianə toplayıb

3 Yanvar 2020 09:25
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ prezidentliyinə namizədlər 2019-cu ilin dördüncü kvartalında seçicilərdən topladıqları ianənin məbləğini açıqlayıblar.

Oxumeni.az Amerika mətbuatına istinadla xəbər verir ki, ötən ilin son üç ayında 46 milyon dollar toplayan hazırkı prezident Donald Tramp liderlik edir. Demokratlar arasında 34,5 milyon dollarla Berni Sanders irəlidədir. Sorğuların favoriti Co Baydaen isə Trampdan iki dəfə az ianə yığa bilib.

Donald Tramp yenidən seçilmək üçün ümumilikdə 143 milyon dollar yığıb ki, onun da 102 milyonu hələ xərclənməmiş qalır. Son üç ayın yığımı seçkiqabağı kampaniyada demokratların onun barəsində nümayəndələr palatasında başlatdıqları impiçment fonunda rekord məbləğdir.

ABŞ-da prezident seçkilərində praymeriz fevralda başlayacaq. Yayda Respublikaçılar və Demokratlar partiyaları prezident postuna öz namizədini irəli sürəcəklər. Seçkilər isə noyabrın 3-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az