Azərbaycan Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızır

Azərbaycan Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızır

2 Yanvar 00:00
169
Bəyəndim (1) Bəyənmədim (0)

Bu il TANAP layihəsi istismara verildi, bu, tarixi layihədir. TANAP artıq Avropa İttifaqı sərhədinə çatdırıldı. Biz bu tarixi hadisəni bu ilin noyabr ayında böyük təntənə ilə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir.

Oxumeni.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Cənub Qaz Dəhlizi 4 layihədən ibarət olduğunu və onlardan 3-nün – “Şahdəniz-2”, Cənubi Qafqaz Qaz Kəməri və TANAP-ın artıq reallığa çevrildiyini qeyd edən dövlətimizin başçısı bildirib ki, dördüncü layihə - TAP da uğurla icra edilir və bu layihənin icra səviyyəsi 90 faizi ötüb.

“Biz Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızırıq. Biz bu layihənin təşəbbüskarı olmuşuq. Biz əsas yükü - həm maliyyə, həm texniki məsuliyyəti öz üzərimizə götürmüşük və tərəfdaşlarla birlikdə bu nəhəng və böyük əhəmiyyət kəsb edən layihəni uğurla icra edirik”, - deyə Prezident bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az