Yaponiya İmperatoru Naruhito ilk Yeni il təbriki ilə çıxış edib

Yaponiya İmperatoru Naruhito ilk Yeni il təbriki ilə çıxış edib

1 Yanvar 2020 23:55
Bəyəndim (2) Bəyənmədim (0)

Yanvarın 1-də Yaponiyanın yeni İmperatoru Naruhito ilk Yeni il təbriki ilə çıxış edib.

Oxumeni.az xəbər verir ki, bu barədə Yaponiya İmperator İqamətgahı Agentliyi məlumat yayıb.

Bildirilir ki, İmperator Naruhito öz təbəələrinə və bütün dünyaya 2020-ci ildə xoşbəxtlik və rifah arzulayır. İmperator qeyd edir ki, ötən ilin mayında taxta çıxdıqdan sonra o, hər gün xalqının xoşbəxtliyi üçün dualar edir.

2020-ci ilin bütün dünyada təbii fəlakətlərsiz keçməsini arzulayan İmperatorun müraciətində deyilir: “Ötən il baş verən tufanlar və leysan yağışları nəticəsində insanlar həlak oldu. Mən buna görə çox kədərlənirəm. Həmçinin mən evlərini itirmiş və bu gün də mərhumiyyətlərlə qarşılaşan insanlar barədə düşünürəm. Cari ilin təbii fəlakətlərsiz keçməsi üçün dualar edirəm. Qoy Yeni il həm Yaponiya, həm də bütün dünyada yaşayan insanlar üçün xoşbəxt il olsun. Mən bunu bütün qəlbimlə arzulayıram və bunun üçün dualar edəcəyəm”.

Qeyd edək ki, İmperatorun bu Yeni il müraciəti 2017-ci ildən sonra yayılan ilk müraciətdir. Həmin vaxt taxtdan imtinaya hazırlaşan Yaponiyanın hazırkı Fəxri İmperatoru Akihito həmin ənənəni dayandıraraq taxtdan imtinaya hazırlaşırdı.

2020-ci il Yaponiyada həm də ötən ilin mayında taxta çıxmış İmperator Naruhitonun hakimiyyətinə aid olan Reyva dövrünün ikinci ili hesab edilir.

Yeni ilin ilk günü səhər saatlarında İmperator Naruhito və bütün İmperator ailəsi, həmçinin Baş Nazir Şinzo Abe və parlamentin deputatları bayram mərasimində iştirak edirlər. Həmin mərasim İmperator sarayında keçirilir.

Həmin mərasimdə çıxış edən İmperator Naruhito bir daha bəyan edib ki, o, yapon xalqının xoşbəxtliyi və ölkənin inkişafı üçün dualar edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az