Əsəd ailəsi müharibə vaxtı da bahalı alış-veriş edir

Əsəd ailəsi müharibə vaxtı da bahalı alış-veriş edir

16 Mart 2012 18:09
Bəyəndim (0) Bəyənmədim (0)
Əsma ərinin verdiyi fərmanlardan və tapşırıqlardan qətiyyən narahat deyil, onu daha çox prezident sarayının interyeri narahat edir

Suriya müxalifəti Əsəd ailəsinin 3 minə qədər gizli elektron məktubunu ələ keçirib. Bu, 2011-ci ilin iyunundan fevral ayına qədər olan dövrü əhatə edir. Müxalifətçilər prezident ailəsinin poçt parolunu alshahba.com domeni vasitəsilə əldə edə biliblər. İnopressa-nın Corriere della Sera-ya istinadən yaydığı məlumata görə, 06 fevral günü Suriya ordusu Xoms şəhərini bombardman edərkən diktatorun arvadı Əsma rəfiqələri ilə şəxsi yazışmasında qeyd edib ki, ərinin verdiyi fərmanlardan və tapşırıqlardan qətiyyən narahat deyil, onu daha çox prezident sarayının interyeri narahat edir. Xanım Əsma 35 min avroya Parisdən aldığı interyer aksessuarlarının vaxtında gətirilməyəcəyinə görə əndişələnir. Bəşər Əsəd isə məlum hadisələrə görə xaricə gedə bilmədiyi üçün Apple-ın onlayn musiqi portalına girişini ABŞ-dakı dostu vasitəsilə həyata keçirir. Məlumatda o da bildirilir ki, münaqişələr zamanı 8 dinc insan qətlə yetirilsə də, Əsəd ailəsi gündəlik həyatını yaşayır. Məsələn, Əsma yazışmaların birində rəfiqəsini stilist Kristian Lubutenin ayaqqabı mağazasına dəvət edir. Buna baxmayaraq, ölkədə cərəyan edən hadisələr az da olsa, yazışmalarda öz əksini tapıb. Belə ki, Qatar əmirinin qızı Mayassa əl Tani dekabr ayında Əsmaya belə bir məktub göndərib: "Mən inana bilmirəm ki, sən baş verənlərlə razılaşmısan. Xahiş edirəm, prezidenti inandır ki, qarşıdurmalara son qoysun. Yaxın Şərq sakitlik istəyir, yəqin sən də rahatlıq arzusundasan. Mən əminəm ki, siz hansısa ölkəyə gedə bilərsiniz, həmçinin Dohaya." Lakin Əsmanın əri ilə məsləhətləşmələrdən sonra yazdığı cavab gözlənilməz olub: "Biz birlikdə güclüyük. Birlikdə bütün çətinlikləri arxada qoyacağıq. Mən səni sevirəm."

Yazışmalardan o da bəlli olur ki, Bəşər Əsəd İrandan və Hizbullaha yaxın olan livanlı iş adamlarından kömək alır. O, köməkçisi Haled Əhmədin məsləhəti ilə müxalifəti təslim etməyə çalışır.

Keçi can hayında, qəssab piy axtarır. Çoban isə sürünü canavarların yanına aparır...

Aqil Hüseynov

O.M.