İsrail BMT əməkdaşının işdən qovulmasını tələb etdi

İsrail BMT əməkdaşının işdən qovulmasını tələb etdi

16 Mart 2012 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Ron Prozor BMT nəzdində Humanitar Məsələlərin Koordinasiya İdarəsinin (OCHA) Hulud Badavi adlı əməkdaşının işdən qovulmasını tələb edib. Jerusalem Post-un məlumatına görə, bir müddət əvvəl H.Badavi özünə məxsus Twitter səhifəsində fələstinli kişinin qan içində olan qızını sürüdüyünü əks etdirən şəkil yerləşdirmişdi. Şəklin altında təxribatçı sözlər yazılmışdı: "Fələstin qan ağlayır. İsrail növbəti uşağı öldürdü". Sonradan məlum oldu ki, şəkil 2006-cı ildə çəkdirilib və bu insidentin İsrailə heç bir aidiyyəti yoxdur. İsrailli diplomatın OCHA rəhbəri Valeri Amosa ünvanladığı məktubda qeyd olunur ki, BMT əməkdaşının əməli onun ölkəsinə qarşı təxribatdır. Hələlik BMT-dən adıçəkilən məktuba heç bir cavab verilməyib.

O.M.