63 yaşlı Nikolay Timofti Moldovanın 4-cü prezidenti oldu

63 yaşlı Nikolay Timofti Moldovanın 4-cü prezidenti oldu

16 Mart 2012 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

63 yaşlı hüquqşünas Nikolay Timofti cümə günü Moldovanın prezidenti seçildi. Onun namizədliyinin lehinə 101 deputatdan 62-si səs verdi. İqtidarda olan "Avropaya İnteqrasiya Alyansı"ndan olan 59 millət vəkili və Sosialistlər partiyasının 3 deputatı yeni namizədi dəstəklədi. Kommunistlər fraksiyasından olan 39 deputat isə səsvermədə iştirak etməkdən imtina etdi.

Xatırladaq ki, yeni seçkilər 2009-cu ilin aprel ayından bəri Moldovada hökm sürən siyasi böhrana son qoyacaq.

O.M.