İspaniya kralı Pedro Sançesi gələcək hökumətin başçısı təyin edir

İspaniya kralı Pedro Sançesi gələcək hökumətin başçısı təyin edir

12 Dekabr 2019 16:05
126
Bəyəndim (1) Bəyənmədim (0)

İspaniya kralı VI Filipp İspaniya Sosialist Fəhlə Partiyasının baş katibi və Baş Nazirin vəzifələrini icra edən Pedro Sançesi növbəti hökumətin başçısı vəzifəsinə təyin edib.

Oxumeni.az xəbər verir ki, bu barədə kralla keçirilən görüşdən sonra Konqresin sədri Meriçel Batet məlumat verib. Onun sözlərinə görə, yeni hökumətin formalaşdırılması Pedro Sançesə həvalə edilib, hərçənd bunun üçün hələ lazım olan parlament, xüsusən kataloniyalı deputatların dəstəyi yoxdur.

Pedro Sançes isə monarxla görüşdən sonra qeyd edib: “Mən bu təyinatı şərəf və minnətdarlıq hissi ilə qəbul edirəm və onu ispan xalqının iradəsinin təzahürü kimi qiymətləndirirəm. Vətəndaşları sosialistlərin hakimiyyətdə olmasını istəyirlər, bunun alternativi yoxdur. Biz hamımız məsuliyyətlə hərəkət etməliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az