Böyük Britaniyada parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başa çatıb

Böyük Britaniyada parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başa çatıb

11 Dekabr 2019 17:20
95
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyada parlament seçkilərinə 1 gün qalmış təbliğat-təşviqat kampaniyası başa çatıb.

Oxumeni.az xəbər verir ki, parlament seçkiləri dekabrın 12-də səhər saat 7-də başlayacaq və axşam saat 10-dək davam edəcək.

Ölkədə 650 seçki dairəsi fəaliyyət göstərir. Seçkilərdə 46 milyon seçicinin səs verəcəyi gözlənilir. Deputatlar parlamentin iki palatasından biri olan İcmalar Palatasına seçiləcəklər.

Qeyd edək ki, ölkəni idarə edəcək hökuməti seçmək üçün ümumi seçkilər 5 ildən bir keçirilir. Ancaq bu, 2015-ci ildən bəri keçirilən üçüncü seçkilər olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az