Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır - Video

Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır - Video

11 Dekabr 2019 09:35
52
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni Azərbaycan Partiyası vaxtı çatanda növbədənkənar parlament seçkilərinə öz namizədlərinin siyahısını elan edəcək. Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır.

Oxumeni.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi - Sədr müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçiriləcək: “Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Vaxtı çatanda siyahı açıqlanacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni və əvvəlki tərkibdə olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşlarımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlardan ibarət olacağını görəcək və inanacaqlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az