Etirazlar Parisdə Putinin əlində arqument oldu

Etirazlar Parisdə Putinin əlində arqument oldu

10 Dekabr 2019 17:05
128
Bəyəndim (0) Bəyənmədim (0)

Parisdəki danışıqlarda Rusiya Prezidenti Vladimir Putin sammit ərəfəsində Kiyevdə keçirilən aksiyalardan arqument kimi istifadə etdi.

“RİA Novosti” xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi məhz bu arqumentdən detallı şəkildə istifadə edib: kimsə qışqırır, kimsə qarşıdır.

“Mənə elə gəlir ki, bu gün Rusiyanın istifadə etdiyi bu aksiyalar yalnız “kozır” və arqumentdir”, - Zelenski bildirib.

Zelenski qeyd edib ki, işləməsinə mane olsa da, bu cür aksiyalar keçirmək xalqın hüququdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az