Tramp uzun illərdir şəxsi mobil telefonu olmadığını açıqladı

Tramp uzun illərdir şəxsi mobil telefonu olmadığını açıqladı

7 Dekabr 2019 13:14
159
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp şəxsi mobil telefonunun olmadığını açıqlayıb.

Oxumeni.az xəbər verir ki, bu barədə Tramp “Twitter” hesabında yazıb.

Donald Tramp bu açıqlaması ilə CNN-in “təhlükəsizlik orqanlarının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Prezidentin zənglər üçün şəxsi mobil telefonundan istifadə etməsi” ilə bağlı xəbərinə cavab verib. Ağ Evin rəhbəri bu informasiyanı tamamilə yalan adlandırıb.

Tramp uzun illərdir ki, şəxsi mobil telefonu olmadığını, bunun əvəzində hökumətin telefonlarından istifadə etdiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az