Özbəkistanın sabiq Prezidentinin qızı Gülnara Kərimovaya qarşı yeni ittiham irəli sürülüb

Özbəkistanın sabiq Prezidentinin qızı Gülnara Kərimovaya qarşı yeni ittiham irəli sürülüb

7 Dekabr 2019 22:25
Bəyəndim (2) Bəyənmədim (0)

Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı yeni ittiham irəli sürülüb.

Oxumeni.az Özbəkistan Baş prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, Baş prokurorluq Ədliyyə Nazirliyi ilə birgə Gülnarə Kərimovanın Amerika Birləşmiş Ştatları, İsveçrə, Fransa, Rusiya və Latviyada olan 1,3 milyard dollar həcmində sərvətinin qaytarılması istiqamətində birgə iş aparır.

İstintaq Gülnarə Kərimovanın öz yaxın adamlarından ibarət bir neçə cinayətkar qrup yaratdığını üzə çıxarıb. Həmçinin məlum olub ki, Özbəkistanın sənaye müəssisələrində də Gülnarə Kərimovanın mütəşəkkil cinayətkar qrupları fəaliyyət göstərib. O, həmçinin ayrı-ayrı vətəndaşlara və müxtəlif şirkət sahiblərinə təzyiq göstərib, onları öz əmlaklarını nəzarətində olan şirkətlərin adına keçirməyə məcbur edib. Müəyyənləşdirilib ki, dəymiş zərər 165 milyon dollara və 85 milyard suma (1 dollar 9500 sum) bərabərdir.

Məlumatda deyilir ki, Gülnarə Kərimovaya qarşı dələduzluq və oğurluq maddələri ilə yeni ittiham irəli sürülüb. O, həmçinin mütəşəkkil cinayətkar qrup yaratmaqda günahlandırılır.

Artıq istintaq başa çatıb və G.Kərimova vəkillərinin iştirakı ilə istintaqın materialları ilə tanış olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az