Poroşenko Ukraynaya Rusiya ilə sərhəddə divar tikməyi təklif edib

Poroşenko Ukraynaya Rusiya ilə sərhəddə divar tikməyi təklif edib

7 Dekabr 2019 20:44
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Donbasla deyil, Rusiya ilə sərhəddə divar tikməlidir.

Bu barədə “Pryamoy” telekanalının efirində Ukraynanın sabiq prezidenti Petro Poroşenko bəyan edib. O, cari dövlət başçısının müşaviri Andrey Yermakın Donbasla sərhəddə divar tikmək planları barədə bəyanata şərh verərkən bildirib.

“Nə divar? Ukrayna öz ərazilərindən imtina edir? Divarı Rusiya ilə sərhəddə tikin, o sizə lazım olacaq”, - deyə Poroşenko bəyan edib.

Bundan əvvəl Yerman Londonda forum zamanı bəyan etmişdi ki, Rusiya Ukrayna hökuməti ilə danışmaq istəmirsə, Kiyev divar tikəcək və həyat öz axarı ilə davam edəcək. Onun sözlərinə görə, Ukrayna donmuş münaqişə ssenarisi ilə yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az