Almaniyalı ekspert: Ölkənin qurtuluşu immiqrasiyadadır

Almaniyalı ekspert: Ölkənin qurtuluşu immiqrasiyadadır

6 Dekabr 2019 20:28
116
Bəyəndim (1) Bəyənmədim (0)

Yaxın 40 ildə Almaniyanın xarici ölkələrdən milyonlarla əlavə işçiyə ehtiyacı olacaq. Bu proqnozu Drezden Universitetinin Miqrasiya Tədqiqatları Mərkəzinin eksperti, professor Uffe Simmerman Oxumeni.az-a müsahibəsində səsləndirib. Onun fikrincə, miqrantlar Almaniya iqtisadiyyatında əhəmiyyətli rol oynayır, çünki ölkə iqtisadiyyatı inkişaf edir, əhali qocalır, doğumda artım müşahidə olunmur.

Alim hesab edir ki, qarşıdan gələn 40 ildə Almaniyada miqrasiya saldosu müsbət olacaq. Hər il buraya 260 min miqrant çox gələcək. Özü də 260 min rəqəmi altında təkcə işçilər deyil, onların ailələri də nəzərdə tutulur.

Simmerman əmindir ki, ölkədə kadrlar çatışmır. Almaniya xarici ölkələrdən kadrlara kəskin ehtiyac hiss edir, çünki demoqrafiya sahəsində vəziyyət ağırdır. Ekspert əmindir ki, vəziyyəti yalnız uzunmüddətli miqrasiya xilas edə bilər. Doğumun səviyyəsinin azalması, keyfiyyətli səhiyyə, ömür müddətinin uzanması cəmiyyətdə ahıl insanların faizinin artmasına, əmək qabiliyyətli əhalinin faizinin azalmasına gətirib çıxarır. Ekspert hesab edir ki, son vaxtlar getdikcə daha çox insan pensiyaya çıxandan sonra da işləməyə davam edir, lakin bu, kadr çatışmazlığı problemini tamamilə həll etmək üçün yetərli deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az