MSK sabah toplanır – Parlament seçkilərinə görə

MSK sabah toplanır – Parlament seçkilərinə görə

6 Dekabr 2019 12:45
Bəyəndim (1) Bəyənmədim (0)

Dekabrın 7-də Mərkəzi Seçki Komissiyasının Milli Məclisə seçkilərlə əlaqədar iclası keçiriləcək.

Oxumeni.az-ın məlumatına görə, iclas dekabrın 7-si saat 14:00-da baş tutacaq.

Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisin beşinci çağırışı buraxılıb.

Parlamentə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az