Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik

Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik

6 Dekabr 2019 12:28
140
Bəyəndim (1) Bəyənmədim (0)

Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik.

Oxumeni.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası olaraq parlament seçkilərində yaxından iştirak edəcək, namizədlərini irəli sürəcəklər.

“Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin kifayət qədər reytininqinin olması bizə ümid verir ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaq.

Beləliklə, YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək”.

Mən belə hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir”.

“Beləliklə, biz Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyasına hakimiyyətin digər bir qolunun da, yəni parlamentin də qoşulmasının şahidi oluruq. Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək”, - deyə Ə.Əhmədov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az