Azərbaycan və Ermənistanın XİN rəhbərləri danışıqların davam etdirilməsi üzrə razılığa gəliblər

Azərbaycan və Ermənistanın XİN rəhbərləri danışıqların davam etdirilməsi üzrə razılığa gəliblər

4 Dekabr 2019 22:16
Bəyəndim (0) Bəyənmədim (0)

Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN-in rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.

Oxumeni.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat İdarəsinin rəhbəri Leyla Abdullayeva Tvitter səhifəsində bildirib.

Görüş ATƏT-in həmsədrləri İqor Popov, Stevan Viskonti və Endryu Şofer, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edir.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və 3 saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Oxumeni.az-a verilən məlumata görə, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb.

Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az