Trampın vəkili Kiyevə gəldi, demokratların şübhələri artır

Trampın vəkili Kiyevə gəldi, demokratların şübhələri artır

4 Dekabr 2019 21:21
98
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani Kiyevə gəlib.

Oxumeni.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Qeyd edilir ki, Culiani aralarında Viktor Şokin və Konstantin Kulikin də olduğu keçmiş ukraynalı prokurorlarla görüşməyi planlaşdırır. Nəşrin bildirdiyinə görə, vəkil hətta dekabrın 3-də Budapeştdə Ukraynanın sabiq Baş prokuroru Yuri Lutsenko ilə görüşüb.

Qeyd edək ki, demokratlar Trampın Ukraynaya hərbi yardım göstərməsindən və bunun qarşılığında rəsmi Kiyevdən prezidentliyə namizəd olan rəqibi Co Baydenlə oğlu Hanter haqqında təhqiqatlar aparılmasını xahiş etməsindən şübhələnirlər. Onların fikrincə, Culiani də bu işdə fəal rol oynayır. Tramp isə demokratların əksinə, Ukrayna hökuməti ilə sadəcə korrupsiya ilə mübarizə apardığını bəyan edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az