Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır

Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır

4 Dekabr 2019 17:03
58
Bəyəndim (1) Bəyənmədim (0)

Böyük Britaniya NATO-ya qaya kimi, möhkəm bağlıdır.

Oxumeni.az xəbər verir ki, bu sözləri Britaniyanın Baş Nazir Boris Conson NATO-nun sammitində çıxış edərkən söyləyib.

O, NATO-nun 29 ölkənin və təxminən bir milyard insanın təhlükəsizliyini təmin edən nəhəng təşkilat olduğunu bildirib. B.Conson bu gün dünyamızda sülhün təmin olunmasında qurumun böyük rolu olduğunu qeyd edib.

Xatırladaq ki, NATO-nun 70 illik yubileyi ilə münasibətilə Londonda keçirilən Sammitdə təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az