Minneapolisdə ailə zorakılığı nəticəsində 4 nəfər ölüb

Minneapolisdə ailə zorakılığı nəticəsində 4 nəfər ölüb

2 Dekabr 17:14
108
Bəyəndim (0) Bəyənmədim (0)

Minnesota ştatının Minneapolis şəhərində ailə zorakılığı nəticəsində 4 nəfər həlak olub.

Oxumeni.az şəhər polisi Con Elderin mətbuat üçün bəyanatına istinadla xəbər verir ki, bazar günü səhər atışma barədə məlumat alınıb. Polis əməkdaşları hadisə yerinə gələndə evin yaxınlığında iki uşağın güllələnmiş olduğunu görüblər. Polislər zərərçəkənləri maşınlara mindiriblər, lakin onları yerli xəstəxanaya çatdırmağa macal tapmayıblar: uşaqların hər ikisi hadisə yerində keçinib.

Con Elder bildirib ki, hadisə yerinə gəlmiş polis əməkdaşları evdən atəş səsləri eşidib və güman ediblər ki, ola bilsin, adamları girov saxlayıblar. Onlar evdəki adamlarla əlaqə saxlamaq üçün bir neçə saat cəhd göstərəndən sonra binaya robot göndərilib. Robot orada bir kişi və bir qadın meyiti aşkar edib.

Ölənlərin şəxsiyyəti hələ elan edilməyib, lakin polis bildirib ki, əlavə şübhəli şəxs axtarılmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az