Tramp Böyük Britaniyaya səfər edəcək

Tramp Böyük Britaniyaya səfər edəcək

2 Dekabr 13:34
21
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya səfər edəcək.

Oxumeni.az-ın yerli bürosunun xəbərinə görə, ABŞ Prezidenti NATO-nun 70 illiyi ilə bağlı 4 dekabrda Londonda keçiriləcək liderlər sammitində iştirak edəcək.

Səfər çərçivəsində ABŞ Prezidenti Böyük Britaniyanın Baş Naziri Boris Consonla görüşəcək, eyni zamanda Kraliça II Yelizavetanın NATO liderlərinin şərəfinə verəcəyi ziyafətə qatılacaq.

Qeyd edək ki, B. Conson səfərdən öncə KİV-ə müsahibəsində D. Trampın Böyük Britaniyadakı seçkilərə müdaxilə etməyəcəyinə ümid etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az