Parlamentin buraxılması bu gün müzakirəyə çıxarılır

Parlamentin buraxılması bu gün müzakirəyə çıxarılır

2 Dekabr 09:15
43
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Milli Məclisdə parlamentin buraxılması məsələsi müzakirə ediləcək.

Oxumeni.az-ın məlumatına görə, bugünkü plenar iclasın gündəliyinə yalnız bir məsələ daxil edilib.

Millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edəcəklər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasında deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüs vermək tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az