Ayətullah Xamenei Trampın Əfqanıstana elan olunmamış səfərini şərh edib

Ayətullah Xamenei Trampın Əfqanıstana elan olunmamış səfərini şərh edib

1 Dekabr 2019 23:32
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika liderlərinin bölgədəki ölkələrə icazəsiz səfərləri xalqların azadlığını və müstəqilliyini təhqir edir...

Bu barədə İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Twitter səhifəsində yazıb.

"Amerikalılar bölgəyə gəlir və heç bir icazə olmadan İraq kimi bir ölkəyə səfər edir, ölkə hökumətinə baş çəkmir, ölkənin paytaxtını ziyarət etmir. Onların orada bazaları var və sadəcə bazalarına gedirlər", deyə Xamenei yazıb.

Bu şərh böyük ehtimalla ABŞ prezidenti Donald Trampın Əfqanıstana elan olunmamış səfəri ilə əlaqədar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az