Moskvada üçtərəfli görüşə start veriləcək

Moskvada üçtərəfli görüşə start veriləcək

22 Aprel 2011 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüş keçiriləcək. Görüşdə dövlət başçılarının üçtərəfli görüşünə hazırlıq məsələləri və Dağlıq Qarabağ problemi müzakirə olunacaq.


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu gün keçiriləcək görüşündə iştirak etmək üçün Moskvaya gedib.


Xarici işlər nazirlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini, həmçinin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin gözlənilən görüşünə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüşünün yayda keçiriləcəyini bildirib.


Bu, məhəbbət üçbucağına oxşasa da, daha çox labirinti xatırladır. Labirintin isə yeganə çıxış yolu müharibədən keçir.


Elvin Babayev


O.M.