İrandan 4 ölkəyə xəbərdarlıq - “Məhv edərik”

İrandan 4 ölkəyə xəbərdarlıq - “Məhv edərik”

26 Noyabr 2019 13:04
Bəyəndim (2) Bəyənmədim (0)

İranda aksiyalarda ölənlərin sayı artaraq 143 nəfərə yüksəlib.

Oxumeni.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün aksiyalarda iştirak edən 1000-dək insan saxlanılmışdı.

İran ölkədəki mitinqlərə görə ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanına da xəbərdarlıq edib. İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) generalı Hüseyn Səlami belə bir bəyanatla çıxış edib:

“ABŞ, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanına səslənirəm: bizi meydanda sınadınız və güclü sillə yediniz. Gözləyin. Qırmızı xətlərimizi keçsəniz, sizi məhv edərik”.

Qeyd edək ki, İranda benzinin qiyməti 50% bahalaşandan sonra bir sıra şəhərlərdə etirazlar başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az