Rusiya oliqarxlarının mülkləri əllərindən alınacaq

Rusiya oliqarxlarının mülkləri əllərindən alınacaq

13 Mart 2012 14:56
738
Bəyəndim (0) Bəyənmədim (0)
Xərcin mənbəyi barədə məlumat verməyən dövlət məmurları işdən qovulacaqlar

Rusiyada korrupsiyaya qarşı mübarizənin yeni metodları hazırlanıb. İnterfax-ın Rusiya prezidenti Dmitri Medvedevin çıxışına istinadən yaydığı xəbərə görə, 2012-2013-cü illərdə korrupsiyaya qarşı yönəldilmiş tədbirlər əsasında məmurların gəlir və xərcləri ciddi nəzarət altına alınacaq. Bu nəzarət əsasən xərc hissəsi ilə tənzim olunacaq. Belə ki, indən belə bahalı əmtəə və ya daşınmaz əmlak alan məmurlar gəlir mənbəyi haqda əlavə bəyannamə verməli olacaqlar. Əks təqdirdə, həmin mülk və əmtəə onların əlindən alınaraq dövlət mülkiyyətinə veriləcək. Bəyannamədə göstərilən əsas inandırıcı olmadıqda da, həmin obyektlər milliləşdiriləcək, yəni hökumətin balansına keçəcək. Bu zaman vəzifə sahibləri qeyri-şərtsiz işdən qovulacaqlar. Başqa sözlə desək, indən belə rüşvətxor oliqarxlara qarşı ciddi tədbirlər görüləcək.

Bəli, rüşvətxor oliqarxların aldıqları daşınmaz əmlak və bahalı əmtəə hökumət və dövlətin himayəsinə veriləcək. Maraqlıdır ki, həmin dövrdə Rusiyanın dövlət başçısı V.Putin, hökumət başçısı isə D.Medvedev olacaq...

Murad Şahməmmədov

O.M.