Əli Əhmədov: “İnanıram ki, YAP iqtidarının ömrü Azərbaycanın siyasi həyatında kifayət qədər uzun olacaq”

Əli Əhmədov: “İnanıram ki, YAP iqtidarının ömrü Azərbaycanın siyasi həyatında kifayət qədər uzun olacaq”

21 Noyabr 12:32
134
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. Partiyanın yaranması və fəaliyyəti kifayət qədər uğurlu olub".

Oxumeni.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

O xatırladıb ki, YAP yarandıqdan təxminən 6 ay sonra onun lideri Heydər Əliyev Azərbaycanın Prezidenti seçilib: “Beləliklə də YAP Azərbaycanın iqtidar partiyasına çevrildi. 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir. Azərbaycanın müasir dünyanın ən uğurlu və sürətlə inkişaf edən dövlətinə çevrilməsinə böyük töhfələr verib. Bu illər ərzində YAP-ın özü də kifayət qədər qüdrətlənib, sıraları genişlənib”.

Ə. Əhmədov bildirib ki, İndi YAP ümumxalq partiyası statusunu ləyaqətlə daşımaqdadır: “Onun sıralarında 750 minə qədər Azərbaycan vətəndaşı var”.

Baş Nazirin müavini bildirib ki, YAP iqtidarının ömrü Azərbaycanın siyasi həyatında kifayət qədər uzun olacaq: “Azərbaycan vətəndaşları YAP iqtidarının faydalarını bundan sonra da görəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az