Belarus parlamentinə seçkilərdə 35 faizdən çox seçici vaxtından əvvəl səs verib

Belarus parlamentinə seçkilərdə 35 faizdən çox seçici vaxtından əvvəl səs verib

17 Noyabr 2019 09:03
Bəyəndim (1) Bəyənmədim (0)

Belarus parlamentinin nümayəndələr palatasına (aşağı palata) seçkilərdə beş gün ərzində 35,8 faiz seçici vaxtından əvvəl səs verib.
Oxumeni.az BelTA agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat şənbə günü Belarus Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Növbədənkənar səsvermə noyabrın12-də başlayıb və bu gün başa çatıb. MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Qomel və Mogilyov vilayətlərində (müvafiq olaraq 39, 41 faiz və 39,11 faiz), ən aşağı fəallıq isə Minskdə (28, 56 faiz) qeydə alınıb.
Belarusda parlament seçkiləri seçicilərin yarıdan çoxu iştirak etdikdə baş tutmuş sayılır. Nümayəndələr palatasına deputat seçkiləri noyabrın 17-də keçiriləcək. Palatada 110 yerə 513 namizəd iddia edir. Ölkənin 6,8 milyon sakini seçki hüququna malikdir.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)