Prezident latviyalı həmkarını təbrik etdi

Prezident latviyalı həmkarını təbrik etdi

16 Noyabr 20:27
103
Bəyəndim (2) Bəyənmədim (0)

Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsə də təbrik məktubu ünvanlayıb.

Oxumeni.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Latviyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin genişləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim sülh və firavanlıq arzulayıram".

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)