Ərdoğan Trampın tələbini rədd etdi

Ərdoğan Trampın tələbini rədd etdi

15 Noyabr 14:18
154
Bəyəndim (1) Bəyənmədim (0)

Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda amerikalı həmkarı Donald Tramp ilə görüşünün nəticələrini şərh edərkən bildirib ABŞ-ın S-400 zenit-raket komplekslərindən imtina etmək barədə tələbini suveren hüquqlarının pozulması hesab etdiyini bildirib.

Ərdoğan S-400 zenit-raket komplekslərindən tam imtina edərək ABŞ-ın “Patriot” sisteminə keçilməsi tələbini doğru saymadığını söyləyib:

“Biz “Patriot” sistemini ala biləcəyimizi və onları alarkən S-400 komplekslərindən imtina etməyəcəyimizi demişik. Bu, bizim suveren hüququmuzdur”.

Qeyd edək ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit müqaviləsi imzalayıb. Bu saziş Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmasını və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)