Boris Conson sel və daşqınların fəsadlarının müzakirəsi üçün fövqəladə komitə yaradıb

Boris Conson sel və daşqınların fəsadlarının müzakirəsi üçün fövqəladə komitə yaradıb

13 Noyabr 16:43
46
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın baş naziri Boris Conson sel və daşqınların fəsadlarının müzakirə edilməsi üçün fövqəladə komitə yaradıb.

Oxumeni.az "BBC"-yə istinadən xəbər verir ki, komitəyə rəhbərlik edən baş nazir sel və daşqınlardan zərər görmüş əraziyə baş çəkib.

Daşqının təsirinə məruz qalan ərazilərdə 1000-dən çox evin sakinləri təxliyyə olunub. Donkasterdə 500-ə yaxın ev su altında qalıb. Ətraf Mühit Agentliyi 30-dan çox daşqın xəbərdarlığı edib.

Hidrometeorologiya Mərkəzi cümə axşamı üçün ölkənin böyük hissəsində gözlənilən yağışlar barədə xəbərdarlıq edib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)