Trampla Makron Suriya barədə razılaşdı

Trampla Makron Suriya barədə razılaşdı

13 Noyabr 2019 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makron telefon danışığının gedişatında Suriya üzrə əlaqələri uyğunlaşdırmağa razılaşdırıblar.
Oxumeni.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, dövlət başçıları, həmçinin, İranın nüvə proqramı ilə bağlı narahatlıqlarını ifadə ediblər: "Liderlər Suriya üzrə koordinasiyanın davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Onlar həmçinin İranın nüvə proqramının davam etdirilməsi üzrə addımları ilə bağlı narahatlıqlarını ifadə ediblər".

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)